EN

Fransa XİN Ukraynaya əlavə dəstək üçün şərtləri açıqlayıb...

Ukrayna Avropa İttifaqından davamlı dəstək gözləyirsə, korrupsiya ilə mübarizə aparmalıdır.

SİA-nın məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barro bu tələbi France Inter radiosunda bildirib.

…Biz Ukrayna hakimiyyəti ilə çox səmimi və tələbkar dialoq aparırıq və onlara xatırladırıq ki, korrupsiyanın bütün formalarına qarşı mübarizə AB üçün mütləq prioritetdir. Buna görə də, icmanın uzunmüddətli dəstəyinə güvənmək üçün bu məsələdə güzəştə getməməliyik, - deyə diplomat qeyd edib. Barro vurğulayıb ki, əgər Ukrayna AB-yə qoşulmaq niyyətindədirsə, ölkə hakimiyyəti korrupsiya ilə fəal şəkildə mübarizə aparmalıdır.

14 noyabrda Ukrayna prezidenti Volodimir Zelenskinin "pul kisəsi adamı" kimi tanınan iş adamı Timur Mindıçla bağlı yeni korrupsiya qalmaqalının AB-də qəzəbə səbəb olduğu və Kiyevin xarici tərəfdaşları arasında imicinə xələl gətirdiyi bildirilib.

Bundan əlavə, Brüssel mövcud vəziyyətlə bağlı Kiyevdən cavab tələb edib. AB Ukraynadan gələcək maliyyə dəstəyi ilə bağlı zəmanət istəyib.

Əli Babayev

Chosen
48
sia.az

1Sources