EN

Ağcabədidə yol qəzası olub, sürücü ölüb

Ağcabədidə yol qəzası sürücünün ölümü ilə nəticələnib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki,Ağcabədi şəhər ərazisində baş vermiş qəzada "VAZ-2106" və "Opel" markalı minik maşınları toqquşub.

İdarəetməni itirən "VAZ" yol kənarında dayanan "Mercedes" markalı minik maşınına çırpılıb.

Nəticədə sürücü 1969-cu il təvəllüdlü İsa Vəliyev hadisə yerində ölüb, bir nəfər isə yaralanıb. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
32
10
sia.az

10Sources