Xəbərə fotolar əlavə edilib.
***
18:59
Ağcabədidə yol qəzası sürücünün ölümü ilə nəticələnib.
APA-nın yerli müxbiri xəbər verir ki, Ağcabədi şəhər ərazisində baş vermiş qəzada "VAZ-2106" və "Opel" markalı minik maşınları toqquşub.
İdarəetməni itirən "VAZ" yol kənarında dayanan "Mercedes" markalı minik maşınına çırpılıb.
Nəticədə "VAZ-2106" markalə avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü İsa Vəliyev hadisə yerində ölüb, bir nəfər isə yaralanıb. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.