EN

Portuqaliya Ermənistanı darmadağın etdi -  9 qollu qələbə

DÇ-2026-nın seçmə mərhələsinin F qrupunda sonuncu -  6-cı turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, Portuqaliya millisi Portuda Ermənistan komandasını qəbul edib. Görüşdə meydan sahibləri rəqiblərini darmadağın edib -  9:1.

Portuqaliyanın qollarını Renatu Veyqa (7), Qonsalu Ramuş (28), Joau Neveş (30, 41, 81), Bruno Fernandeş (45+3, 52, 72-pen.) və Fransişku Konseysau (90+2) vurub, Ermənistandan isə Eduard Spertsyan (18) fərqlənib.

Portuqaliya qrupu 13 xalla lider kimi başa vurub və dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Ermənistan isə 3 xalla sonuncu olub.

Chosen
22
12
ikisahil.az

10Sources