EN

Ağcabədidə yol qəzası olub, sürücü ölüb, yaralının vəziyyəti məlum olub FOTO YENİLƏNİB 1

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2002-cı il təvəllüdlü şəxs (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

APA xəbər verir ki, ona yuxarı ətraflarda yüngül sıyrıqlar diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

19:39Xəbərə fotolar əlavə edilib.

***

18:59

Ağcabədidə yol qəzası sürücünün ölümü ilə nəticələnib.

APA-nın yerli müxbiri xəbər verir ki, Ağcabədi şəhər ərazisində baş vermiş qəzada "VAZ-2106" və "Opel" markalı minik maşınları toqquşub.

İdarəetməni itirən "VAZ" yol kənarında dayanan "Mercedes" markalı minik maşınına çırpılıb.

Nəticədə "VAZ-2106" markalə avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü İsa Vəliyev hadisə yerində ölüb, bir nəfər isə yaralanıb. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
3
apa.az

10Sources