Konqo Demokratik Respublikasının cənubunda qeyri-qanuni mədənçilərin işlədiyi mis mədəninin bir hissəsi çöküb.
Publika.az xəbər verir ki, bu barədə RFI radiosu məlumat yayıb.
Lualaba əyalətinin qubernatoru Fifi Massukinin sözlərinə görə, hadisə nəticəsində azı 32 nəfər ölüb. O əlavə edib ki, axtarış-xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.
Mədənçilər Assosiasiyası öz növbəsində müxtəlif rəqəmlərə istinad edərək 49 nəfərin öldüyünü və onlarla insanın itkin düşdüyünü bildirir.