EN

Mənimsəmədə ittiham olunan bağça müdiri bəraət alıb

BAKI, 17 noyabr. TELEQRAF

Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının keçmiş müdiri Elmira Səfərova barəsində çıxarılan hökm apellyasiya instansiyasında ləğv edilib.

Teleqraf xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsi Elmira Səfərovanın apellyasiya şikayətini təmin edərək onun barəsində bəraət hökmü çıxarıb.

E.Səfərova 2 600 manat məbləğində pul vəsaitini qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməkdə ittiham edilərək məsuliyyətə cəlb edilmişdi. Birinci instansiya – Şirvan Şəhər Məhkəməsi onu mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilib 4 300 manat cərimə cəzasına məhkum etmişdi.

Lakin E.Səfərova hökmü qəbul etməyərək apellyasiya şikayəti verib. Apellyasiya instansiyası materialları araşdırdıqdan sonra onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.

Məhkəmə prosesində E.Səfərovanın ittihama əsas verilmiş mənimsəmə əməlini törətmədiyi sübuta yetirilib. Onun işçilərə əlavə əməkhaqqı yazması, yaxud ştatdan kənar işçilər götürməsi barədə ittihamlar təsdiqini tapmayıb.

Beləliklə, birinci instansiyanın hökmü ləğv edilib və Elmira Səfərova haqqında bəraət hökmü çıxarılıb.

Chosen
26
teleqraf.com

1Sources