EN

Cənubi Koreyada zəncirvari qəza: 13 maşın toqquşdu

BAKI, 17 noyabr. TELEQRAF

Cənubi Koreyada 13 nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Baş verən ciddi yol qəzası nəticəsində azı iki nəfər həlak olub, dörd nəfər isə xəsarət alıb.

Hadisə səhər saat 03:15 radələrində ölkənin cənub-şərqində, Yonhçon şəhəri yaxınlığındakı körpüdə baş verib. Yanacaq daşıyan yük maşını digər yük maşını ilə toqquşub. Qəza zəncirvari xarakter alıb, yanacaqlı sisterna ilə daha bir 14 tonluq yük maşını, ardınca daha yeddi nəqliyyat vasitəsi, o cümlədən içərisində 20 sərnişin olan avtobus toqquşub. Avtobusdakı sərnişinlər xəsarət almayıblar.

Toqquşmanın gücündən yük maşınındakı metallar yolayırıcısını aşaraq qarşı zolağa düşüb və nəticədə daha üç avtomobil də qəzaya uğrayıb. Həlak olanlardan biri həmin zolaqda hərəkətdə olan minik avtomobilinin sürücüsü olub. Digər ölən isə toqquşan yeddi maşından birinin sürücüsü olub.

Qəza zamanı güclü yanğın baş verib və sisterna daxil olmaqla üç avtomobil yanaraq yararsız hala düşüb. Yanğın təxminən 2 saat 30 dəqiqəyə söndürülüb.

Chosen
117
23
teleqraf.com

10Sources