EN

Ayın ən dəqiq fotosu yayımlandı – 1,3 QİGAPİKSEL/FOTO

Ekologiya.az xəbər verir ki, açıq mənbələrdə indiyə qədər dərc olunan ən yüksək keyfiyyətli Ay fotosu – 1,3 gigapiksel çözünürlüklə yayımlanıb.

“Gigaluna” adlanan bu görüntü astrofotoqraf Endryu MakKarti tərəfindən 5 il ərzində çəkilmiş 280 mindən çox fotonun birləşdirilməsi nəticəsində əldə olunub.

Mütəxəssislərin sözlərinə görə, təsvirin detallığı o qədər yüksəkdir ki, Ayın səthində hətta “Apollo” missiyalarının eniş yerlərini belə seçmək mümkündür.

Bu foto hazırda Ayın ən detallı və ən genişhəcmli açıq görüntüsü hesab olunur. 

 Musavat.com



Chosen
273
2
ekologiya.az

10Sources