Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
13-cü turun görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 15-də və 16-da keçiriləcək.
Qeyd edək ki, mövsümün geridə qalmış 8 turundan sonra 21 xal toplamış “Xankəndi” zirvədə, eyni xala malik “Qaradağ Lökbatan ikinci pillədə qərarlaşıb. “Quba” isə 20 xalla üçüncüdür.
İkinci Liqa
13-cü tur
15 dekabr
“Araz Saatlı” – “Kür-Araz”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Qaradağ Lökbatan” – “Şəki”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şəmkir” – “Quba”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
16 dekabr
“Xankəndi” – “Ağstafa Gəncləri”
“Neftçi Arena” (4-cü meydança), 14:00.
“Göygöl” – “Şirvan”
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Ağdaş” – “Dinamo”
Ağdaş şəhər stadionu, 14:30.

