AZ

İkinci Liqa: “Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın - ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 3 qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Şəki” – “Şirvan” matçında meydan sahibləri qələbə qazanıblar. “Xankəndi” ev oyununda “Göygöl”ə, “Qaradağ Lökbatan” isə “Kür-Araz”a böyük hesabla qalib gəlib.

İkinci Liqa
9-cu tur

16 noyabr

“Ağstafa Gəncləri” – “Dinamo” 0:1
Qol: Rəsul Məmmədli, 84.
Hakimlər: Ceyhun Hüseynov, Ağadur Mahmudov, Hüseyn Vəliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Ağstafa şəhər stadionu, 14:30.

“Şəmkir” – “Ağdaş” 4:1
Qollar: Fəzail Şirxanzadə, 5. Taleh Fərmanov, 11. Ceyhun Rəcəbli, 69. Sehran Abbasov, 90+3 – Elçin Süleymanov, 65.
Hakimlər: Nəriman Ağayev, Sadiq Əliyev, Elvin Mədətov, Rasim Musayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Quba” – “Araz Saatlı” 4:2
Qollar: Vidadi Cəfərov, 53; 65. Elcan Hafizli, 59. Sənan Aslanov, 80-pen. – Hacı Rüstəmov, 25. Zaur Fərzəliyev, 40.
Hakimlər: Səbuhi Bayramov, Tural Bayramov, Ruslan Məmmədov, Rəsul Babayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

17 noyabr

“Şəki” – “Şirvan” 2:1
Qollar: Cavid İmamverdiyev, 35. Rauf Məhərrəmov, 75 – Elgün Xəlilov, 12.
Hakimlər: Niyaz Əhmədov, Ruslan Babayev, Rəhman Aslanov, Kamil Aydınov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Rekord Arena”, 14:00.

“Xankəndi” – “Göygöl” 3:0
Qollar: Sərxan Ağayev, 6. Hüseyn Hüseynli, 32. Bəhruz Teymurov, 58.
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Əkbər Əliyev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Qaradağ Lökbatan” – “Kür-Araz” 4:0
Qollar: Ramil Orucov, 13. Sabir Allahquliyev, 24. Elmin Əskərli, 40. Rövşən Şahmuradov, 75.
Hakimlər: Sənan Bayramzadə, Cavid Ömərov, Rizvan Süleymanov, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
18
50
arena.az

10Mənbələr