EN

Ulduz futbolçu beşbarmaq və elektroşokerə görə cəzalandırıldı

ain.az, Milli.az saytına istinadən bildirir.

Almaniya millisinin və "Borussiya Dortmund"un futbolçusu Kərim Adeyemi üzərində mis "beşbarmaq" və elektroşok cihazı gəzdirdiyi üçün cərimələnib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun ödəməli olduğu cəza məbləği ümumilikdə 450 000 avrodur.

Məlumata əsasən, 23 yaşlı hücumçu cəriməni 60 hissə şəklində ödəyəcək. O, hər ay 7 500 avro məbləğində ödəniş etməklə məbləği tam bağlayacaq.

Qeyd olunur ki, Adeyemiyə bu səbəbdən idmanla bağlı hər hansı əlavə sanksiya tətbiq edilməyəcək.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
news.milli.az

1Sources