EN

İdmançılarımız İslamiadada 7 növdə mübarizə aparacaqlar

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayacaq.

Hafta.az xəbər verir ki, yığma qrup mərhələsində iki oyun keçirəcək. Komanda Bakı vaxtı ilə saat 17:00-da meydan sahibləri ilə üz-üzə gələcək. Növbəti görüş isə 21:10-da Türkiyə yığmasına qarşı olacaq.

Həndbol üzrə Azərbaycan millisi Qazaxıstan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Qrup matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Taekvondoçulardan Nərgiz Kazımova (63 kq), Riyad Şirəliyev (67 kq) və Eltac Qafarov (+83 kq) dayanq üzərinə çıxacaqlar.

Paraatlet Samir Nəbiyev (F57) nüvə atma, atlet Yekaterina Sarıyeva üç təkanla tullanmada bacarığını göstərməyə çalışacaq.

Qılıncoynatmanın şpaqa növündə Ruslan Həsənov, Vahab Fətullayev, sablya növündə Palina Kaspiaroviç və Səbinə Kərimova mübarizə aparacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 42 mükafatla (5 qızıl, 14 gümüş, 23 bürünc) medal sıralamasında 9-cu pillədə qərarlaşıb.

Chosen
18
50
hafta.az

10Sources