"Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur".
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Fransa ilə DÇ-2026-nın seçmə mərhələsinin son oyununu şərh edərkən deyib. O, yerli futbolçuların oynamamasından şikayətlənir:
"Bütün klublarda əsas heyətdə 9-10 legioner çıxış edir. Birinci Liqada normal yerli futbolçu yoxdur. Bunu heç kim müzakirə etmək istəmir. Lakin eyni futbolçular milliyə çağırılanda deyirlər ki, niyə onu dəvət etdilər? Bəs kim çağırılsın? Kimsə varmı?
Hesab edirəm ki, Azərbaycan futbolu məhz limitə görə duruş gətirirdi. Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Biz Azərbaycanıq, bir peşəkar liqamız var. Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü. “İmişli”də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm".
"Qarabağ"ın üzvü azərbaycanlı futbolçuların legioner həyatı yaşaya bilməməsindən də danışıb: