EN

Millimizlə oyunda qol buraxdı: 90 ildən sonra tarixə düşdü

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Fransa millisinin qapıçısı Luka Şevalyenin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyunda buraxdığı qol tarixə düşüb.

Axar.az xəbər verir ki, o, 90 ildə yığmada debüt matçında qapısında ən tez top görən oyunçudur.

Renat Dadaşov qarşılaşmanın 4-cü dəqiqəsində 24 yaşlı qolkiperi məyus edib.

Son olaraq Rene Lyense 90 il əvvəl, 1935-ci ildə debüt görüşündə eyni dəqiqədə qol buraxıb.

Qeyd edək ki, Fransa yığması oyunda 3:1 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
54
5
axar.az

8Sources