EN

Növbəti tədris ilində Qarabağ Universitetində STEAM üzrə ayrı-ayrı fənnlərin müəllim hazırlığına başlanılacaq

Bakı. Trend:

5 il ərzində STEAM yüz minlərlə nəfəri əhatə edib.

Trend xəbərverir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev BeynəlxalqSTEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanıbildirib.

Nazir qeyd edib ki, STEAM mərkəzləri ölkə üzrə 21 bölgəni əhatəedir: “Bu layihə artıq ölkə üzrə 21 bölgədə 300 mindən artıqşagirdi əhatə edir. 3-9-cu siniflər üzrə şaghirdlərin dörddə birhissəsi artıq bu layihəyə cəlb edilib. Biz yeni tikilən və təmirolunan məktəblərdə də bu layihənin əhatəsinə çalışırıq”.

Emin Əmrullayev qeyd edib ki, STEAM artıq bir təhsilislahatıdır: “ 2027-2030-cu illər strategiyasında STEAM Azərbaycantəhsilinin əsas məzmununa çevriləcək.

Növbəti tədris ilində isə Qarabağ Universitetində STEAM üzrəayrı-ayrı fənnlərin müəllim hazırlığına başlanılacaq”.

Nazir bu təşəbbüs yaranan ilk vaxtlardan etibarən dəstək olduğuüçün Vitse-prezident zamanı Mehriban Əliyevaya təşəkkürünüçatdırıb.

Chosen
100
az.trend.az

1Sources