EN

Sərgən Yalçın əməliyyat olundu - ARENA.AZ

Türkiyəli futbol mütəxəssisi, hazırda “Beşiktaş”ın baş məşqçisi vəzifəsində çalışan Sərgən Yalçın bu gün əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin səhər saatlarında damar tıxanıqlığından uğurlu əməliyyat keçirdiyi bildirilib. Onun damarlarından birinə stend qoyulub. 53 yaşlı məşqçinin durumunun yaxşı olduğu bildirilib.

Xatırladaq ki, Sərgən Yalçın bu ilin yayından “Beşiktaş”a rəhbərlik edir. İstanbul təmsilçisi bu müddətdə keçirdiyi 11 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra o, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalara rəhbərlik edib. 2020-ci ilin yanvarında “Beşiktaş”ın baş məşqçisi təyin olunmuş Sərgən, 2020/2021 mövsümündə bu komanda ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib. “Beşiktaş”dan ayrılandan sonra türkiyəli mütəxəssis “Antalyaspor”u da çalışdırıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
20
31
arena.az

10Sources