EN

Mənzurə: “Hər şeyə sahib oldum, təkcə…”

Adelet.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Geniş tamaşaçı kütləsinə sahib olan müğənni Mənzurə Musayeva sosial şəbəkədə ona ünvanlanan sualları cavablayıb.

Adalet.az bildirir ki, müğənni ən böyük dərdini izləyiciləri ilə bölüşüb:

“İndiyə qədər bütün arzularıma çatmışam. Elə bir şey yoxdur ki, deyim ki, bunu əldə edə bilmədim. Yalnız bir hissi duymadım- Ana olmaq hissini. Hər şeyə sahib oldum, təkcə ana olmadım. Doğrudur, qardaşımın balasını böyütdüm, mənə övlad oldu. Ancaq bioloji olaraq ana olub, o hissi duymaq ayrı dünyadır. Nə edim? Mənə qismət olmadı. Bütün hallarda tale ilə barışıram. Barışmağa məcburam”.

Əntiqə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
adalet.az

2Sources