Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın səfərdə keçirəcəyi oyunun məkanı və başlanma saatı müəyyənləşib.
Apasport.az xəbər verir ki, təmsilçimiz dekabrın 5-də “Benfika” ilə Lissabondakı “Pavilhao Fidelidade” Arenada üz-üzə gələcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 21:30-da veriləcək. Arena 2400 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma noyabrın 24-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək.
İslam Oyunları: İdmançılarımız bu gün iki növdə mübarizə apacaqlar
APA-nın yaranmasından 21 il ötür
Bakı məktəbliləri arasında velosiped yarışı keçirilib
AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
"Qarabağa veloyürüş – Zəfərin izi ilə" layihəsi həyata keçirilib