EN

Özbəkistan rəsmisi: Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması...

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı qismində qoşulması regionun xəritəsini dəyişir.Bu barədə Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə bildirib.Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətləri ikitərəfli məsələlərdən yeni gündəmə keçiblər:"Yeni gündəm regionun inteqrasiyasıdır. Siyasi, iqtisadi, humanitar və digər sahələr. İkincisi isə bizim üçün çox mühüm hadisə baş verdi: Azərbaycan rəsmi olaraq bizim sammitimizə, formatımıza qoşuldu. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur".A.Kamilov qeyd edib ki, əgər gələcəkdə bu qarşılıqlı əlaqəni möhkəmləndirmək və inkişaf etdirmək olarsa, bu, həm Mərkəzi Asiya regionu, həm də Cənubi Qafqaz üçün sabitliyin, sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək.Onun sözlərinə görə, sammitdə səsləndirilən təkliflər məzmunca çox yaxın olub: "Diqqət yetirsək, bütün rəhbərlər, bütün prezidentlər məzmunca yaxın təkliflər irəli sürdülər. Onlar gündəlikdə oxşar məsələlər qaldırdılar. Bu o deməkdir ki, Mərkəzi Asiya dövlətləri birləşməyə, bir qüvvəyə çevrilməyə və beynəlxalq arenada vahid regional səslə çıxış etməyə can atırlar"(Report).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
50
reyting.az

10Sources