EN

“Növbəti aylarda mal ətinin qiymətləri əvvəlki səviyyəyə qayıdacaq”

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Mövcud vəziyyət müvəqqəti və keçici xarakter daşıyır. Artıq rəsmi məlumatlara əsasən, əsas epidemioloji təhlükə aradan qalxıb və yaxın həftələrdə regionlarda mal bazarlarının fəaliyyətə başlaması gözlənilir”.Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.O əlavə edib ki, Azərbaycanda mal ətinin ucuzlaşacağı ilə bağlı proqnozlar isə özünü doğrultmur:“Çünki ölkə ət məhsulları üzrə əsasən idxaldan asılıdır. Xarici bazarlarda baş verən qiymət dalğalanmaları, valyuta ilə aparılan ticarət və artan logistika xərcləri ölkə daxilində qiymətlərin ucuzlaşmasına yox, əksinə, bahalaşmasına səbəb olur. Xəstəlik səbəbindən yerli tədarük məhdudlaşdığı üçün, bu, qiymətlərdə müvəqqəti azalmaya səbəb olmuşdu. Lakin artıq xəstəliyin təsiri minimuma endiyinə görə, mal bazarlarının yenidən fəaliyyətə başlaması ilə bazarlarda ətə olan tələbat artacaq. Bu da qiymətlərin yenidən yüksəlməsinə gətirib çıxaracaq. Növbəti aylarda mal ətinin qiymətləri əvvəlki səviyyəyə qayıdacaq və hətta bir qədər də arta bilər”.Leyla Turan 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
30
demokrat.az

10Sources