EN

Daha bir idmançımız İslamiadada bürünc medal qazanıb - FOTO

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına start verilib.

Apasport.az xəbər verir ki, milli komandamızın üzvlərindən ilk olaraq Yekaterina Sariyeva mübarizəyə qoşulub.

Üç təkanla tullanma növündə mübarizə aparan atletimiz uğurlu çıxışla yadda qalıb.

Sariyevanın ən yaxşı göstəricisi 13.84 metr olub. Bu nəticə ilə Yekaterina mötəbər yarışda bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu, idmançımızın İslam Həmrəyliyi Oyunlarında 4-cü medalıdır. Sariyeva 2013-cü ildə Palembanqda qızıl, 2021-ci ildə Konyada gümüş, 2017-ci ildə Bakıda bürünc medal qazanmışdı.

Azərbaycanlı hakim Polşada keçiriləcək beynəlxalq yarışa təyinat alıb

İdmançımız beynəlxalq turnirdə üçüncü yeri tutub

Azərbaycan atleti ölkə rekorduna imza atıb

Bakıda keçiriləcək Avropa Atletikası CEO Konsfransı ilə bağlı görüş baş tutub

Portuqaliyadan uğurlu nəticələr

Chosen
10
50
apasport.az

10Sources