Azərbaycan karateçiləri Türkiyənin Çanaqqala şəhərində keçirilən "Dardaneles Karate Championship" turnirində uğurlu çıxış ediblər.
Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Məhəmməd Kazımlı qızıl medal qazanıb.
Qəhrəman Rzaquliyev gümüş, Hüseyn Babayev və Əliəşrəf Qafarov bürünc medalla kifayətləniblər.
Azərbaycan təmsilçiləri yarışa məşqçi Asiman Qurbanlının rəhbərliyi ilə qatılıblar.