“Böyük Dəbilqə” turnirlərinin 24 qat çempionu, serbiyalı ulduz Novak Cokoviç Yunanistanın “qızıl viza” proqramına qəbul edilib.
90deqiqe.Az-ın "Greek City Times"ə istinadən məlumatına görə, məşhur “qızıl pasport” kimi tanınan bu proqram Afina üçün yaşamaq icazəsi verir.
Bildirilir ki, Cokoviç ailəsi ilə birlikdə vizanı almaq məqsədilə Yunanistanda daşınmaz əmlaka sərmayə yatırıb. Proqramda iştirak üçün ən azı 352 min funt-sterlinq tələb olunur, lakin Afina kimi populyar bölgələrdə bu rəqəm 705 min funt sterlinqə qədər artır.
Qeyd edək ki, tennisçi və ailəsinin Yunanistana köçəcəyi ilə bağlı xəbərlər 2025-ci ilin yayında yayılmışdı. O zaman Cokoviçin artıq ölkədə yaşamaq icazəsi aldığı bildirilmişdi.