AZ

Cokoviç top-4 rekordunu yenilədi - 16-cı dəfə ilin sonunda dünya reytinqində ilk dördlükdə

24 qat “Böyük Dəbilqə” çempionu və sabiq dünya bir nömrəsi Novak Cokoviç karyerasında 16-cı dəfə sezonu ATP reytinqində top-4-lükdə tamamlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 2025-ci ilin ATP İl Sonu Turnirinin yekununa əsasən, serbiyalı tennisçi ilin sonunda dördüncü pillədə qərarlaşıb.

Cokoviç bu nəticə ilə bir sezonda top-4-də yer alan tennisçilər arasında yeni rekord müəyyən edib. Rekord əvvəllər 20 dəfə böyük turnir qalibi olmuş Rodjer Federerə aid idi.

Cari mövsümdə Novak bütün “Böyük Dəbilqə” turnirlərində yarımfinal mərhələsinə yüksəlib. O, ATP-250 turnirlərindən ikisini qazanıb — Cenevrə və Afina. Turin şəhərində keçirilən İl Sonu Turnirində isə iştirak etməyib.

Seçilən
4
16
90deqiqe.az

10Mənbələr