EN

Türkiyənin bor əsaslı balistik texnologiyaları BAMEX 2025 sərgisində böyük maraq görüb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Mali Respublikasında keçirilən BAMEX 2025 müdafiə sərgisi çərçivəsində Türkiyənin Akıncılar Taktik Tekstil şirkəti tərəfindən təqdim olunan yerli balistik məhsullar ziyarətçilərin xüsusi diqqətini çəkib. TurkicWorld xəbər verir ki, şirkətin nümayəndəsi, layihə mühəndisi Enes Bitigen tədbirdə çıxışı zamanı bildirib ki, Akıncılar Taktik Tekstil artıq NATO standartlarına uyğun şəkildə fərdi və zirehli vasitələrə tətbiq edilən balistik qoruyucu sistemlər istehsal edir.

Bitigenin sözlərinə görə, şirkət tərəfindən hazırlanan balistik plitələr, kasklar, qalxanlar və zirehli vasitələr üçün qoruyucu panellər yüksək səviyyəli dayanıqlıq nümayiş etdirməklə yanaşı, əhəmiyyətli dərəcədə yüngül çəkiyə malikdir.

O deyib ki, bu cür məhsullarda həm təhlükəsizlik, həm də ergonomika əsas meyarlar arasında yer alır. Bor karbürlə möhkəmləndirilən qoruyucu sistemlərimiz NATO-nun 4-cü səviyyə ballistik standartlarını aşaraq 4-6 atışa qədər davamlılıq göstərir. Bu, dünyada yalnız bizim şirkət tərəfindən tətbiq olunan bir texnologiyadır.

Strateji faydalı qazıntıların müdafiə sənayesinə inteqrasiyası

Türkiyənin strateji faydalı qazıntıların, xüsusilə bor, müdafiə sənayesində innovativ məhsulların hazırlanması üçün əsas xammal rolunu oynayır. Akıncılar Taktik Tekstil bu sahədə əldə etdiyi təcrübə ilə yerli istehsalın güclənməsinə, xaricdən asılılığın azalmasına və ixrac imkanlarının genişlənməsinə töhfə verir.

Şirkətin açıqlamasına görə, əvvəlcə Türkiyənin müdafiə ehtiyaclarını ödəmək hədəflənir, lakin Avropa, ABŞ və Afrika bazarlarına da məhsulların ixrac edilməsi istiqamətində işlər davam etdirilir.

Akıncıların bor əsaslı balistik texnologiyaları, həm həssas platformaların, həm də fərdi təhlükəsizlik vasitələrinin qorunmasında yeni imkanlar açaraq Türkiyənin müdafiə sənayesində rəqabət gücünü artırır.

Chosen
7
50
turkic.world

10Sources