EN

Tokayev Azərbaycanın Mərkəzi Asiya üzrə Məşvərət Görüşlərinin tamhüquqlu iştirakçısı statusunun verilməsinin əhəmiyyətini qeyd edib

Astana. Trend:

Azərbaycanın Mərkəzi Asiya üzrə Məşvərət Görüşlərinin tamhüquqluiştirakçı qismində qoşulması Daşkənddə keçirilən forumun stratejiəhəmiyyətə malik hadisə statusu qazanmasına səbəb olub.

Trend xəbər verir ki, bubarədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ÖzbəkistanPrezidenti Şavkat Mirziyoyeva göndərdiyi məktubda deyilir.

“Mərkəzi Asiya dövlət başçılarının VII Məşvərət Görüşününtəşkilinə Prezident yüksək qiymət verib. Onun sözlərinə görə,regional əməkdaşlığın bütün spektri üzrə məzmunlu müzakirələr,qəbul olunan mühüm qərar və sənədlər, eləcə də Azərbaycanıntamhüquqlu iştirakçı qismində qoşulması foruma strateji əhəmiyyətəmalik hadisə statusu verib”, – Qazaxıstan Prezidentinin mətbuatxidməti bildirib.

Qeyd edək ki, Mərkəzi Asiya dövlət başçılarının VII MəşvərətGörüşünün yekunları üzrə prezidentlər regional kooperasiyanıngücləndirilməsi və təhlükəsizliyin təmin olunmasına yönəlmiş birsıra əsas sənədlər imzalayıblar. İmzalanan sənədlər arasındaAzərbaycanın Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismindəqoşulması barədə qərar da var.

Chosen
63
50
az.trend.az

10Sources