EN

Bu yoldaş burda nə gəzir?!

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milli komandanın tarixinə nəzər yetirsək.. “dişə vurulası” məqam tapa bilmərik. Ancaq müdafiənin mərkəzi həmişə fərqlənib.

Nəyimiz də olmasa, stopperdən bol olmuşuq və insafən, nisbətdə daha yaxşı futbolçularımız məhz bu mövqedən çıxıb.

Ancaq Elvin Bədəlov qədər “bu nədir?!” dedirdən stopper olmamışdı.

Həqiqətən, bu nədir?!

Bu mərkəz müdafiəçi necə gəlib “Neftçi”yə çıxıb?!

Millidə nə gəzir?

Axı Bədavinin zədəli halı belə bu yoldaşdan yaxşıdır…

Ən pis halda, daha perspektivli Cəlal cəlb oluna bilər.

“Onun yerinə kim?!” sualı qədər absurd varmı?!

Bu adamın klubda və millidə hər oyuna 3-4 ciddi praktiki, “məktəb səhvi” olur. “Qoca” Şəhriyar Bədəlovdan daha çox faydalı olar.

Fransa ilə oyunda meydanda əcaib qaçışı, anormal reaksiyaları ilə diqqət çəkən bir nəfər vardısa, o da Elvin idi.

Yükdək səviyyəli oyunçunun necə olduğunu bilənlər nə demək istədiyimi yaxşı bildi.

“Neftçi” özü bilər, millinin müdafiəsinin mərkəzi Rəşad Sadıqov, Tərlan Əhmədov kimi adlar görüb, o nahiyənin nüfuzunu salmaq olmaz.

Kamil Əhməd

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
41
futbolpress.az

10Sources