EN

Azərbaycan - Mərkəzi Asiya: "5+1" formatından vahid "altılığ"a doğru

Ötən bazar günü Özbəkistanın paytaxtında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl üçüncü dəfə bu görüşə dəvət edildi.

Hakimiyyet.az xəbər verir ki, mövzu ilə bağlı "Caliber"in "YouTube" kanalında yeni süjet yayımlanıb.

Süjetdə bildirilib ki, Azərbaycan dövlət başçısı ilk dəfə iki il əvvəl Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya liderlərinin görüşündə iştirak etmişdi. Bir il sonra isə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə İlham Əliyev bu regional formata ikinci dəfə qatılıb.

Builki iştirak isə daha əhəmiyyətli və keyfiyyətcə daha fərqli çalarlarla zəngin olub. Belə ki, məhz bu il Azərbaycanın sözügedən strukturda iştirakı üçün yeni bir başlanğıcın əsası qoyulub. Ölkəmiz artıq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qonaq və ya müşahidəçi kimi deyil, tamhüquqlu iştirakçı kimi qoşulub.

Daha ətraflı "Caliber"in videomaterialında:

Chosen
28
50
hakimiyyet.az

10Sources