ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
1400 finalçı, 22 ölkə
Bu festival yalnız müsabiqə deyil, həm də ölkəmizin gənclərinə qlobal bilik mübadiləsində iştirak imkanı yaradan beynəlxalq platformadır
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə "Bakı Ekspo" Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) yekunlaşıb. Təhsilimizin qloballaşan dünyaya inteqrasiyasının prioritet sahə olduğunu nəzərə alaraq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə "STEAM Azerbaijan" layihəsi 2019-2020-ci tədris ilindən start götürüb və həmin ildən başlayaraq ölkəmizdə STEAM Azərbaycan layihəsi tətbiq olunmağa başlayıb. Builki festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edib. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edib. Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı qatılıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22 olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər. Elm və təhsil naziri Emin Əmrullayev qonaqlara festivalın məqsədləri, proqramı və müxtəlif istiqamətlər üzrə təqdim olunan layihələr haqqında ətraflı məlumat verib. Ziyarət zamanı onlar stendlərə baxış keçirib, festival iştirakçıları ilə görüşərək gənc ixtiraçıların innovativ layihələri ilə tanış olublar. Bundan əlavə, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirakçılarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda STEAM təhsilinin 5 il ərzində böyük inkişaf yolu keçməsi, minlərlə şagirdin bu prosesə qoşulması və innovativ düşüncənin təhsil sistemində genişlənməsi festivalın əhəmiyyətini daha da artırır. STEAM təhsilinin əsas komponentlərinə toxunan Emin Əmrullayev qeyd edib ki, artıq ilk illərlə müqayisədə 50 dəfədən çox tədris resursu, metodologiya və sistem modeli tətbiq olunur. Nazir 2027–2030-cu illərdə STEAM-ın Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcəyini vurğulayıb.
“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov layihənin fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb. Bildirilib ki, “STEAM Azərbaycan” layihəsi 300 mindən çox şagird və 400-dən çox məktəbi əhatə edir. Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur. Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. İqrar Nəzərov qeyd edib ki, bu festival yalnız müsabiqə deyil, həm də ölkəmizin gənclərinə qlobal bilik mübadiləsində iştirak imkanı yaradan beynəlxalq platformadır.
Təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, STEAM – 5 əsas sahənin birgə tədrisidir. STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulur:

- Beynəlxalq STEAM Azərbaycan Festivalı robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik kimi sahələri əhatə edən kateqoriyaları ilə seçilir. Builki festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazandı, onların 202-si müxtəlif xarici ölkələri təmsil edirdi. Festivalda ümumilikdə 22 ölkə iştirak edirdi. Təsadüfi deyil ki, festivalın açılış mərasimində çıxış edənlər beynəlxalq səviyyəli bu tədbirin əhəmiyyətini xüsusi vurğuladılar. Bildirildi ki, bu festival yalnız müsabiqə deyil, həm də ölkəmizin gənclərinə qlobal bilik mübadiləsində iştirak imkanı yaradan beynəlxalq platformadır. Azərbaycanda STEAM təhsili son 5 il ərzində həqiqətən də böyük inkişaf yolu keçib, minlərlə şagirdin bu prosesə qoşulması, innovativ düşüncənin təhsil sistemində genişlənməsi təmin edilib, bütün bunlar STEAM festivalının əhəmiyyətini daha da artırır. Çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev də qeyd etdi ki, artıq ilk illərlə müqayisədə 50 dəfədən çox tədris resursu, metodologiya və sistem modeli tətbiq olunur. Bu onu göstərir ki, qarşıdakı illərdə STEAM Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevrilə biləcək.
K.Əsədov qeyd etdi ki, müasir çağırışlara cavab verəcək texnologiyaların inkişafının zəruriliyi UNESCO-nun müvafiq hesabatında da bildirilir:
-Qeyd olunur ki, mühəndislik sosial, iqtisadi və humanitar inkişafın əsas aparıcı, hərəkətverici mühərrikidir. UNESCO-nun hesabatında qeyd olunur ki, hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın yaxın gələcəkdə də davam edəcəyi qeyd olunur. Qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEAM əsaslı təhsilin geniş yayılmasını milli strateji hədəf kimi görür və STEAM əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır. Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi də festivalın başlıca vəzifəsi olaraq görülür. Ötən il keçirilən "STEAM Azərbaycan" Festivalında 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunmuşdu. Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxil idi. Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışırdı. Festivalın keçirildiyi müddət ərzində müxtəlif ideyaların reallaşdırılması, fərqli həll yollarının araşdırılması, istedadlı şagirdlərin üzə çıxarılması, biliklərin və bacarıqların qazanılması, təhsilalanların yeni əməkdaşlıqları üçün şərait yaradılmışdı. Dünyada bu istiqamətdə yarış və olimpiadalarda iştirak etmək üçün yerli olimpiadaların təşkili, sistemli və mərkəzləşdirilmiş şəkildə ilkin seçim və hazırlıq imkanı yaradılır. Onu da qeyd edək ki, dünyada keçirilən bu tip yarışlarda şagirdlər və məktəblər xüsusi olaraq qatılırlar. Prosesə mərkəzləşdirilmiş şəkildə yanaşma daha yaxşı nəticələr əldə etməyə imkan yaradır. Bu cür tədbirlərin keçirilməsi həmin sahənin ölkə üzrə tətbiqi və genişlənməsi baxımından da effektivdir. Məlumdur ki, STEAM təhsil metodu 5 əsas disiplinlərin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulur. Layihənin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.