Banqladeşdə sabiq baş nazir Şeyx Həsinəyə ölüm hökmü elan edilib. Bu qərardan sonra baş verən iğtişaşlarda polis əməkdaşları və hərbçilər də daxil olmaqla, azı 50 nəfər xəsarət alıb. Ajans.az bu barədə "Dhaka Tribune" qəzetinə istinadən xəbər verir. Qeyd edilib ki, iğtişaşlar Dəkkədə başlayıb. Şeyx Həsinənin atası – respublikanın qurucusu hesab edilən Şeyx Mucibur Rəhmanın keçmiş iqamətgahı yerləşən muzey var. Müxtəlif universitetlərin yüzlərlə tələbəsi muzey binasını sökmək niyyətində olduqlarını bildiriblər. Onlar iki buldozer gətiriblər. Polis aksiya iştirakçılarının muzey ərazisinə daxil olmasına mane olmaq üçün baryerlər qurub. Kütləni dağıtmaq üçün hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və səs bombalarından istifadə ediblər.