EN

Robotlar narkotik kartelləri ilə mübarizə aparacaq

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ narkotik qaçaqmalçılığı ilə mübarizə strategiyasına robotlaşdırılmış hava və dəniz sistemlərini də daxil etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Miami Herald” portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ ordusu uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuş dənizaltı robot qurğular, kiçik “ovçu” tipli PUA-lar, həmçinin şaquli qalxıb-enmə funksiyasına malik müşahidə aparatlarından istifadə etməyi planlaşdırır.

Bildirilib ki, son on ildə ABŞ Cənubi Karib hövzəsində öz hərbi imkanlarını genişləndirməklə bağlı ən böyük proqramlardan birini həyata keçirir.

Yeni texnologiyaların tətbiqi narkotik kartellərinin hərəkət marşrutlarını daha dəqiq izləməyi və əməliyyatların effektivliyini artırmağı hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
7
qafqazinfo.az

9Sources