futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Futbolpress.az xəbər verir ki, millimiz səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Europa Point Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Rumıniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
18 noyabr
Cəbəllütariq (U-21) – Azərbaycan (U-21)
“Europa Point Stadium”. Saat 22:00
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mihaita Nekula
Dördüncü hakim: George Katalin Roman
(Hakimlər briqadası Rumıniyadandır)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.