AZ

Azərbaycan millisi bu gün Cəbəllütariq yığması ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

Moderator.az xəbər xəbər verir ki, milli səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Europa Point Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Rumıniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

18 noyabr

Cəbəllütariq (U-21) - Azərbaycan (U-21)

“Europa Point Stadium”. Saat 22:00

Baş hakim: Andrei Çivulete

Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mihaita Nekula

Dördüncü hakim: George Katalin Roman

(Hakimlər briqadası Rumıniyadandır)

Seçilən
42
4
moderator.az

10Mənbələr