EN

“Avroviziya”da çıxış edən əkizlər birlikdə İNTİHAR ETDİ

Məşhur alman əkizlər - Alisa və Ellen Kessler 89 yaşında dünyasını dəyişiblər.

Publika.az BILD-ə istinadən xəbər verir ki, əfsanəvi sənətçilər Qrünvalddakı evlərində birlikdə intihar ediblər.

Qeyd olunur ki, bir-birindən ayrılmayan bacılar öləndə də bir-birlərinə sadiq qalıblar. 2024-cü ilin aprelində əkizlər vəsiyyət ediblər ki, sevimli anaları Elza və itləri Yellonun külü ilə birlikdə tək qabda basdırılsınlar.

Məlumata görə, polislər məşhur əkizlərin evinə gəlib və bacıların ölümünü təsdiqləyiblər.

Qeyd edək ki, Alisa və Ellen Kessler 60 ildən çox səhnədə çıxış edərək, səhnəni Frank Sinatra, Fred Aster və Harri Belafonte kimi sənətçilərlə bölüşüblər. Onlar 17 albom yazdırıblar və çoxsaylı filmlərdə, o cümlədən "Lüksemburq qrafı" (1957), "Maritza" (1958) və "İşğalçılar" (1961) kimi filmlərdə çəkiliblər.

Chosen
62
publika.az

1Sources