Bu sözləri Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Basqalda jurnalistlərə açıqlamasında söyləyib. O bildirib ki, turistlərin bu məkanlarda təkcə istirahətə yox, eyni zamanda, mədəni-tarixi irsimizə diqqət ayırmaları arzuolunandır.
"Məqsədimiz qış turizmi imkanlarını yerli turistlərə daha da yaxından çatdırmaqdır".
O həmçinin vurğulayıb ki, Bakıda baş tutmuş Çin Ziyarətçiləri Sammiti çərçivəsində Azərbaycana gəlmiş 50-dən çox turizm şirkətinin nümayəndələri də hazırda Basqaldadırlar:
"Onların həmçinin Qəbələyə, Qaxa və Şəkiyə səfərləri baş tutacaq".
AzVision.az