EN

Benzema "Real"a qayıdacaq?

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Karim Benzema “Real”a qayıtma ehtimalı barədə suala cavab verib.

Publika.az xəbər verir ki, o, belə bir ehtimalın mümkün olduğunu bildirib:

‘Real”a qayıtmaq? Əgər Florentino Peres hələ də oradadırsa, bu baş verə bilər. Mən ona heç vaxt “yox” deməzdim. Mən madridliyəm. Özümü elə hiss edirəm. Madrid hələ də mənim şəhərimdir. Gələcəkdə nə olacağını görəcəyik”.

Fransız futbolçu 2009–2023-cü illərdə “kral klubu”nda çıxış edib. “Real”ın heyətində o, dörd dəfə İspaniya çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub. 2022-ci ildə Benzema “Qızıl top”un qalibi olub.

Chosen
28
1
publika.az

2Sources