Müğənni Zamiq Hüseynov oğlu ilə Qarabağa gedib.
Musavat.com xəbər verir ki, o, Şuşada oğlu ilə birgə çəkilmiş şəkillərini paylaşaraq bu sözləri yazıb:
“İlk dəfə oğlumu Qarabağa apardım. Fizuli , Şuşa ,Xankəndi, Xocalı,Ağdam . Çox qürur verici bir məqam idi. Mən bu yaşlarda çıxmışdım o torpaqlardan. Toz torpaq , tanklar , anaların qışqırtı səsləri...O illər mənim üçün ən böyük travma idi. Bu gün Zəfər yolu ilə oğlumu ora apararkən içimdə o qədər qürur hissi var idi ki sözlə ifadə edə bilmərəm. Bu qüruru bizə bəxş edən bütün Qəhramanlarimizın qarşısında baş əyirəm.
Bu arada, Şuşada olarkən bir çox məkanlara getdim çay içdik , kofe içdik , yemək yedik və içimdən belə bir hiss mi desəm, təklifmi desəm, istəkmi ki , Şuşa şəhərində yalnız 90 ci illərə qədər olan musiqilər səslənsin. Kafelər , hoteller , hətta radiolar , bilmirəm oranın dalğası başqa olsun . Təsəvür edin , hotelə daxil olursan , Rəşid Behbudov oxuyur , kafede oturursan , Qara Qarayev əsərləri, Tofiq Quliyev əsərləri , digər yerə keçirsən Şövkət xanım, Elmira xanım , İsa bulağı, muğamlarımız... Bir çox küçələrdə Üzeyir bəyin əsərləri , Bülbülün səsi … Yazarkən belə xoşbəxt oluram. Hətta maşınlara icazə verilməsin ki yüksək səslə hansısa bir musiqi səsi gəlsin. Yalnı90-cı illərə qədər olan musiqilər. Çünki mən Şuşaya gedərkən elə bilirəm ki , incəsənət muzeyinə girirəm , musiqi dünyası, dahilər diyarı, bilmirəm, özümü tam başqa bir yerdə hiss edirəm ! Daşa divara toxunanda belə həyacanlaniram”.
Könül
Musavat.com


