BAKI, 18 noyabr. TELEQRAF
“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə Teleqraf-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev mətlumat verib.
Onun sözlərinə görə, təcrübəli qolkiper sol bud çanağından zədələnib.
Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev Azərbaycan – Fransa matçında zədələnərək oyunu davam etdirə bilməmişdi.