EN

Millət vəkili Tərtərdə ağacəkmə aksiyasında

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və 8 noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər rayonunda Tərtər-Bərdə avtomobil yolununun kənarlarında ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. 

“İki sahil” xəbər verir ki, aksiya çərçivəsində ərazidə 350 ədəd eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyada iştirak edənlər çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildiriblər

Chosen
103
41
ikisahil.az

10Sources