AZ

Vaqif Həsənov ağacəkmə aksiyasında - FOTOLAR

Ağdam rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

"Unikal" xəbər verir ki, Ağdam rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyanın əsas məqsədi ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək olmaqdır. Aksiya çərçivəsində yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.

Seçilən
45
7
unikal.az

10Mənbələr