EN

Azərbaycanda xəbər saytlarına girişdə çətinliklər yaşanır

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin bilik və yaradıcılıq potensialını gücləndirməyə xidmət edən 3 müxtəlif maarifləndirici layihə keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirlərin ilki AzMİU-nun İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev tərəfindən startup sahəsinə dair geniş təlim təqdim edilib. Təlimdə iştirakçılar biznes ideyasının formalaşdırılması, bazar araşdırması, layihəni inkişaf etdirmə prinsipləri və uğurlu startup quruculuğunun əsas mərhələləri barədə ətraflı məlumat əldə ediblər. Gənclər üçün praktik nümunələr və real təcrübələr əsasında keçirilən sessiya onların sahibkarlıq düşüncəsini gücləndirməklə yanaşı, innovativ yanaşmalar formalaşdırmağa şərait yaradıb.

Digər görüş isə tanınmış aktyor, rejissor, rəssam və Azərbaycanın Əməkdar Artisti Qurban Məsimov ilə keçirilib. Gənclər aktyorluq sənətinin incəlikləri, yaradıcılıq prosesinin mərhələləri və səhnə fəaliyyətinin spesifik cəhətləri ilə daha yaxından tanış olublar. Usta sənətkar öz şəxsi təcrübələrindən nümunələr gətirərək gənclərə motivasiya verib və onların incəsənət sahəsinə marağının artmasına töhfə verib.

Gənclər arasında keçirilən “Düşüncənin Gücü” adlı intellektual yarış isə tədbirlərin ən rəqabət dolu keçəni olub. Fərqli mövzular üzrə bilik yarışı gənclərin məntiqi düşünmə bacarıqlarını, komanda işini və müzakirə qabiliyyətini gücləndirməyə xidmət edir. Yarışın sonunda qalib komanda seçilərək mükafatlandırılıb.

Hər üç tədbirin əsas məqsədi gənclərin inkişafına dəstək göstərmək, onların həm innovativ, həm yaradıcı, həm də intellektual potensialını gücləndirmək olub. Sessiyalarda interaktiv müzakirələr, sual-cavab mərhələləri və təcrübə mübadiləsi təşkil edilib. Tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək fəallıqla yadda qalıb.

Chosen
84
turkic.world

1Sources