EN

Şahruddin Məhəmmədəliyevin zədəsi ciddidir: Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

“Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev təxminən iki-üç ay yaşıl meydanlardan uzaq qalacaq”.

Bunu İdman.Biz-ə açıqlamasında “Qarabağ” klubunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib.

Onun sözlərinə görə, 31 yaşlı qolkiperin zədəsi kifayət qədər ciddidir: “Şahruddinin vəziyyəti ağırdır. Sol bud çanağında zədə var”.

A.Hacıyev həmçinin qeyd edib ki, səhhətindəki problem səbəbindən milli komandanın toplanışını vaxtından əvvəl tərk edən Elvin Cəfərquliyev, eləcə də Fransa ilə oyunda meydana çıxa bilməyən Toral Bayramov artıq özlərini yaxşı hiss edir və yavaş-yavaş komanda məşqlərinə qatılırlar.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə keçirilən və 1:3 hesabı ilə məğlub olduğu matçda zədələnmiş, fasilədən sonra əvəzlənmişdi.

Yusif Sadıqlı

İdman.Biz

Chosen
35
1
idman.biz

2Sources