Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qahirə, 18 noyabr, AZƏRTAC
Dubayda “Gələcək Forumu-2025” start götürüb. Tədbirdə 100 dövlətdən ekspertlər, şirkət rəhbərləri iştirak edirlər.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qlobal forumda müxtəlif sektorlarda sürətli dəyişikliklər, yüksək texnologiyalara, biliyə və süni zəkaya əsaslanan yeni imkanlar müzakirə edilir.
Dubay Gələcək Fondunun icraçı direktoru Əbdüləziz əl-Cəziri bildirib ki, dördüncü dəfə keçirilən forumda 2500 iştirakçı var və bu, əvvəlki illərlə müqayisədə ən böyük saydır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.