EN

Baş naziri Əli Əsədov Dünya Su İdmanı Federasiyasının prezidenti ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Su İdmanıFederasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləmləgörüş keçirib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanda su idman növlərinin inkişafı, infrastrukturimkanları və “World Aquatics” ilə əməkdaşlıq perspektivlərimüzakirə olunub.

Qeyd olunub ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafıdövlət siyasətinin əsas istiqamətlərindən biridir və idmançılar hərzaman dövlət tərəfindən xüsusi diqqət və dəstək görürlər.

Baş nazir ölkəmizdə son illərdə yaradılan müasir idmaninfrastrukturu barədə məlumat verib. Bildirilib ki, Azərbaycanregionlar da daxil olmaqla onlarca olimpiya-idman kompleksinininşası ilə bu sahədə nümunəvi təcrübə formalaşdırıb. Bunun nəticəsiolaraq ölkəmiz bir çox beynəlxalq yarışlara və dünya səviyyəlitədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin su idmannövlərinin ölkəmizdə inkişafı, kütləviliyin artırılması, habelə WAilə əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, eləcə dəAzərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev iştirakediblər.

Chosen
48
7
az.trend.az

8Sources