EN

Turistlər azalıb, bəzi hotellər yayı zərərlə başa vurub AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycana bu ilin yay mövsümündə gələn turistlərin sayı 5 faizdən çox azalıb. Belə ki, bu il iyun-avqust aylarında ölkəyə 740 min 722 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır. Bəs bu azalmanın səbbələri nələrdir?Bu barədə Demokrat.az-a danışan Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov deyib ki, bu ilin yayında ölkəyə gələn turistlərin sayında 5 faizə qədər azalma olub, yanvar-sentyabr aylarında isə 2 faizə yaxın azalma olub:Qeyd etmək lazımdır ki, bunun əsas səbəbləri regionda baş verən gərginliklər, Azərbaycanın daha çox turist qəbul etdiyi Hindistan-Pakistan bölgəsində gərginliklərdir. İran-İsrail arasında olan qısamüddətli müharibənin məhz yay mövsümündə olması da səbəbdir, bu müharibə həmin ərazidə hava məkanının bağlanmasına səbəb oldu.Bununla əlaqədar olaraq ümumi satışlar onlayn portallarda 30 faizə qədər düşmüşdü. Satışların azalması təbii ki, hotellərin də mənfəətlərinə təsir göstərdi, bir çoxları yay mövsümünü zərərlə başa vurmalı oldu. Hazırda turizm bazarında bu durğunluq təəssüf ki, davam edir. Ümid olunur ki, qarşıdakı aylarda daha aktivlik olacaq. Çünki hədəf ölkələrlə bağlı görüşlər keçirilir, Çin bazarı ilə bağlı tanıtım işləri aparılır”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
demokrat.az

1Sources