EN

Azərbaycanın yunan-Roma güləşçisi İslamiadanın finalında

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, idmançı yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gəlib.

Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə uduzub - 0:3. Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdiyə yenilib - 0:9. Rəqibi finala vəsiqə qazandığı üçün Qənizadə təsəlliverici görüşdə iştirak edəcək.

İslam Abbasov (87 kq) isə 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə məğlub olub - 0:3.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Chosen
10
7
90deqiqe.az

10Sources