AZ

Güləşçimiz İslamiadanın finalında

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları davam edir.

Tribuna xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) turnirdə finalına vəsiqə qazanıb.

O, yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gəlib.

Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə uduzub (0:3), İslam Abbasov (87 kq) 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə məğlub olub (0:3).

Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdiyə yenilsə (0:9) də, rəqibi finala vəsiqə qazandığı üçün təsəlliverici görüşdə iştirak edəcək.

Seçilən
12
7
tribunainfo.az

10Mənbələr