EN

Müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə final keçirilib FOTOLAR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Elm və Təhsil Nazirliyinin və Kapital Bank-ın dəstəyi, “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə müəllimlər arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə respublika kubokunun final oyunu baş tutub.Yarışın ilkin onlayn seçim turunda yüksək nəticə göstərən 38 komanda finalda iştirak edib. Komandalar Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Ucar, Cəbrayıl, Masallı, Şabran, Göyçay, Ağstafa, Kəlbəcər, Ağdam, Oğuz, Lənkəran, Şəmkir, Zəngilan, Quba, Hacıqabul, Goranboy məktəblərini təmsil ediblər.Oyunun nəticəsinə əsasən, Qubanın "Yurd" komandası I, Goranboyun "The Masters" komandası II, Hacıqabulun "Paradise" komandası III yeri tutub.Qalib komandalar kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
demokrat.az

1Sources