EN

Qubada ölümlə nəticələnən YOL QƏZASI oldu

Bu gün Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olarkən idarəetməni itirib və “Vaz-2107” markalı avtomobilə çırpılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

E.Abbasov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba polis şöbəsində araşdırma başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
27
2
bizim.media

7Sources